19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası bu gün Avropa çempionatının elit-raund mərhələsində ilk oyununu keçirib.

Unikal.org-un məlumatına görə, komandamız "Krasnodar" FK-nın Akademiyasının 5-ci meydanında Rusiya yığması ilə qarşılaşıb. Oyun 0:0 hesabı ilə başa çatıb.

Qrupun digər oyununda İrlandiya Rumıniyanı məğlub edib - 5:0.

Yığmamız növbəti oyununu martın 23-də İrlandiya komandasına qarşı keçirəcək.

Qeyd edək ki, final mərhələsinə yalnız qrup qalibləri vəsiqə qazanacaq.