Rusiya Amur çayı üzərindən Çinə gedən dəmiryolu körpüsündə mühəndis işlərini tamamlayıb.

Unikal.org RİA Novosti-yə istinadən yaydığı xəbərinə görə, beləliklə iki tərəfdən tikilən körpü çay üzərində birləşdirilib. 

Körpünün ümumi tikintisi iyul ayında tamamlanacaq və artıq bu il ərzində qatarların yeni xətlə hərəkəti gözlənilir. 

Nijneleninskoye-Tundzan – Rusiya ilə Çin arasında inşa olunan ilk dəmiryolu körpüsü olacaq.