Əfqanıstanın paytaxtı Kabil şəhərinin qərbində Novruz şənlikləri qeyd olunan zaman partlayış baş verib.

Bu barədə Unikal.org "ToloNews"a istinadən xəbər verir.

Partlayıcı qurğunu terrorçu-kamikadzenin aktivləşdirdiyi bildirilir.

Baş vermiş partlayış nəticəsində azı 2 nəfər ölüb, 14 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.