Son olaraq “Mançester Yunayted”də baş məşqçilik edən Joze Mourinyonun yenidən yaşıl meydanlara qayıdacağı vaxt məlum olub.

Unikal.org  xarici mətbuata istinadən xəbər verir ki, “beİN Sports”a danışan portuqaliyalı mütəxəssis, iyunda işə başlayacağını deyib:

“Düzgün rolu və klubu gözləyirəm. Yeni komandamla bağlı iyunda qərar verəcəm. Çünki bütün təlim-məşq toplanışlarını bir yerdə keçirmək istəyirəm. Nəyi istəmədiyimi yaxşı bilirəm. Buna görə də, 3-4 klubdan gələn təklifi rədd etmişəm.

Artıq şərtlərə görə klub çalışdıracam. Nəyi istədiyimi yaxşı bilirəm və istədiyim təklif gələnə qədər gözləyəcəm”.

Məşqçilik karyerası ərzində “İnter”, “Real”, “Çelsi” kimi klubları çalışdıran Mourinyonun son iş yeri “Mançester Yunayted” olub. O, ötən ilin dekabrından işsizdir.