Qubanın Buduq kəndi daxil olmaqla 4 kəndin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.

Unikal.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2 gün öncə yağan qar Qubanın Buduq İnzibati Ərazi Vahidliyinə tabe olan Zeyid, Qabqazma və Dağüstü kəndlərinin rayon mərkəzi ilə əlaqələri kəsilib. Buduq Bələdiyyə sədri Vaqif Həsənov açıqlamasında bildirib ki, 2 gündür 4 kəndə getmək çətinləşib.

“Bu istiqamətdə qar yollarda problem yaradıb. Yolların qardan təmizlənməsi üçün əraziyə AAYDA-nın canlı qüvvəsi və texnikaları cəlb olunub. Quba-Buduq yolunun təxminən 8-9 kilometri  qarla örtülüdür. Avtomobillərin gediş-gəlişi çətinləşib", -  deyə V.Həsənov  bildirib.