Kəlbəcər sakini Tərtər rayonunda yeznəsini odlu silahla hədələyib.

Unikal.org-un report-a  istinadən verdiyi məlumata görə, Kəlbəcər rayon sakini Vahid Əsədov bacısının həyat yoldaşı H.İsmayılovun Tərtərin Səhləbad kəndindəki evinin qarşısına gələrək münaqişə zəminində ov tüfəngindən havaya bir neçə dəfə atəş açıb. 

Hadisədən xəbər tutan Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları bu istiqamətdə əməliyyat axtarış tədbirləri həyata keçirib. V.Əsədov polis əməkdaşları tərəfindən saxlanılıb və ondan "Françi" markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.