26 Aprel 2019
25 Aprel 2019
Ziya Məmmədov villasını satışa çıxardı - VİDEO (FOTO)
Ziya Məmmədov villasını satışa çıxardı -VİDEO (FOTO) CƏMİYYƏT 22:58 2019-03-21

Sabiq nəqliyyat naziri Ziya Məmmədov villasını satışa çıxarıb.

Unikal.org musavat.com-a istinadən xəbər verir ki, sabiq nazir Nardarandakı villasını çox ucuz qiymətə satır. Ziya Məmmədov uzun illərdir ziyarət etmədiyi villasına 310 min manat qiymət qoyub.

Məlumata görə, sabiq nazir 3-4 ilə yaxındır ki, bu mülkünə baş çəkmir. Villaya nəzarəti isə son illərə qədər onun sürücüsü edirmiş. Z.Məmmədovun sürücüsünün də Nardaranda sabiq nazirin qonşuluğunda bağ evi var.

Bildirilib ki, sabiq nazirin ziyarət etmədiyi villasında əvvəllər mühafizəçi olsa da, son zamanlar heç kim gözə dəymir.

Demək olar ki, sabiq nazirin bu mülkü xarabalığa çevrilib. İki böyük giriş qapısı olan bu mülk 2 hektara yaxın torpaq sahəsində yerləşir. Bir zamanlar sabiq nazirin və ailə üzvlərinin tez-tez baş çəkdiyi bu bağ evinin həyətində meydança, ayrı tikilidə idman və əyləncə zalı da var.

Nardaranda olarkən onu da öyrəndik ki, sabiq nazir qala divarlarını xatırladan hasarı olan, dəniz mənzərələri bu villasını çox ucuz qiymətə satışa çıxarıb. Məlumata görə, 310 min manat bu mülkün real dəyərindən ən azı 4 dəfə aşağıdır.

Onu da qeyd edək ki, sabiq nazir bir zaman bu kənddə öz qardaşı Nəriman Məmmədovla qonşu olub. Daha sonra Nəriman Məmmədov həmin bağ evini icra başçılarından birinə - Əhəd Abıyevə satıb. Bir neçə il əvvəl isə Əhəd Abıyev də həmin mülkü Masallıdan olan iş adamına satıb.

 


  • Ziya Məmmədov villasını satışa çıxardı -VİDEO (FOTO)
  • Ziya Məmmədov villasını satışa çıxardı -VİDEO (FOTO)
  • Ziya Məmmədov villasını satışa çıxardı -VİDEO (FOTO)
  • Ziya Məmmədov villasını satışa çıxardı -VİDEO (FOTO)
  • Ziya Məmmədov villasını satışa çıxardı -VİDEO (FOTO)