“NATO-nun Rusiya sərhədi yaxınlığında fəaliyyəti təhlükəsizliyin bölünməzliyi prinsipini pozur”.

Unikal.org xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov San-Marinonun Ali Baş Məclisində (parlament) çıxış edərkən deyib.

S.Lavrov bildirib: "Bizim ortaq qitəmizdəki vəziyyətin mürəkkəb olduğu sirr deyil. Biz NATO-nun hərbi-siyasi fəaliyyətini necə artırdığını, alyansın hərbi infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşmasını görürük".

Nazir vurğulayıb ki, təhlükəsizliyi digərlərinin hesabına gücləndirməməyin öhdəlikləri ATƏT və Rusiya-NATO Şurasının yüksək səviyyədə konsensus əsasında qəbul edilmiş sənədlərində əks olunmasına baxmayaraq, biz təhlükəsizliyin bölünməzliyi prinsipinin pozulduğunu müşahidə edirik.