Əfqanıstanda hərbi əməliyyatlar nəticəsində iki amerikalı hərbçi ölüb.

Unikal.org “İnterfax”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Əfqanıstandakı NATO missiyası məlumat yayıb. 

Ancaq xəbərdə hadisənin yeri və ölənlərin adları göstərilməyib. 

Məlumata görə, 2001-ci ildən etibarən Əfqanıstanda 2400-dək ABŞ hərbçisi ölüb. 

Hazırda Əfqanıstanda yerləşdirilən 14 min amerikalı hərbçi döyüş əməliyyatlarında iştirak etməklə yanaşı, bir qismi də yerli hərbçilərin hazırlanmasına cəlb olunur.