2016-cı ildən həbsxanada olan “Mançester Siti”nin və İngiltərə millisinin sabiq üzvü Adam Conson azadlığa buraxılıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Consonun Donkaster şəhərindəki cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldığı bildirilib.

Conson 2016-cı ildə 15 yaşlı məktəbli qıza təcavüz etdiyi üçün həbs olunmuşdu.

Karyerası ərzində “Uotford”, “Mançester Siti” kimi komandalarda forma geyinən Consonun son iş yeri “Sanderlend” klubu olub. 31 yaşlı futbolçu 12 dəfə də İngiltərə millisinin şərəfini qoruyub.