Bu gün AÇ-2020-nin seçmə mərhələsinin növbəti oyunları keçiriləcək.

Unikal.org xəbər verir ki, ilk oyun günündə 10 qarşılaşma keçirilib.

Azərbaycan millisi də dünən bu turnirdə ilk oyununa çıxıb. Baş məşqçi Nikola Yurçeviçin ilk sınağı həmyerliləri xorvatlara qarşı olub. Xorvatiya millisi Azərbaycan yığmasını “Maksimir” stadionunda qəbul edib və əzmkar qələbə qazanıb.

Bu qrupun digər oyununda Slovakiya Macarıstanla üz-üzə gəlib və 2 cavabsız qolla qalib gəlib.

Günün maraqla gözlənilən qarşılaşmasında Belçika Rusiyanı qəbul edib. Ciddi itkiləri olmasına baxmayaraq, belçikalılar bu oyundan inamlı qələbə ilə ayrılıblar.

Bu gün daha 7 oyun keçiriləcək. Türkiyə millisi Albaniya səfərinə yollanacaq. İngiltərə isə Çexiyanı qəbul edəcək.

AÇ-2020-nin seçmə mərhələsi, 1-ci tur

22 mart

A qrupu

21:00. Bolqarıstan – Monteneqro
23:45. İngiltərə – Çexiya

B qrupu

23:45. Lüksemburq – Litva
23:45. Portuqaliya – Ukrayna

H qrupu

23:45. Albaniya – Türkiyə
23:45. Andorra – İslandiya
23:45. Moldova – Fransa