Martın 25-də 8-ci km stadionunda keçiriləcək və saat 18:00-da start götürəcək Azərbaycan – Litva yoldaşlıq oyunu ərəfəsində hər iki komandanın iştirakı ilə mətbuat konfransları və mətbuat üçün açıq məşqlər baş tutacaq.

Unikal.org həmin tədbirlərin vaxtını diqqətinizə çatdırır:

Azərbaycan milli komandası
24 mart
Saat 16:00. Mətbuat konfransı
Saat 16:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Litva milli komandası
24 mart
Saat 17:30. Mətbuat konfransı
Saat 18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Hər iki mətbuat konfransı və açıq məşq 8-ci km stadionunda keçiriləcək.