İranın Məşhəd şəhərində dəıhşətli qətliam baş verib. Belə ki, əməliyyat zamanı 2 polis əməkdaşı və 1 qadın qətlə yetirilib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bir ailədə mübahisə baş verməsi, ərin öz həyat yoldaşını silahla təhdid etdməsi barədə polisə məlumat daxil olub.

Məlumatı alan iki polis əməkdaşı hadisənin baş verdiyi əraziyə yollanıb.

Polislərin mübahisəyə müdaxiləsinə görə əsəbləşən ər tapança ilə əvvəlcə həyat yoldaşına, sonra 2 polis əməkdaşına atəş açıb. Hər üç şəxs  güllə yarası alıb və hadisə yerində həlak olublar.

O daha sonra özünə qəsd edərək həyatına son qoyub. Həmin şəxsin adı gizli saxlanılır.