ABŞ prezidenti Donald Trampın İsrailin işğalı altındakı Qolan təpələrində İsrailin mütləq hakimiyyətini tanımağın vaxtının çatdığını bildirməsinə Avropa İttifaqından da reaksiya gəlib.

Unikal.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, Aİ-nin sözcüsü Maya Kosiyanovçiç Qolan təpələrində İsrailin suverenliyini tanımayacaqlarını bildirib:

“Avropa İttifaqının mövqeyi dəyişməyib. Beynəlxalq hüquqa uyğun olaraq Qolan təpələri də daxil olmaqla İsrailin 1967-ci ildən bu yana işğal altında saxladığı bölgələrdə suverenliyini tanımırıq və oraları İsrail torpaqları hesab etmirik”.