Ağdaş şəhərinin Heydər Əliyev prospektində xəsarətlə nəticələnən yol qəzası baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Qəbələ şəhər sakini Nuru Nuraliyev Nəsrullah oğlunun sükanı arxasında olduğu "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol dairəsinə çırpılıb.

Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.