Bakıda intihar hadisəsi qeydə alınıb. 

Unikal.org ONA-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.
Yeni Yasamal yaşayış massivində 2001-ci il təvəllüdlü Xəlilzadə Nihat Xəyyam oğlu yaşadığı binanın 8-ci mərtəbəsindən özünü yerə atıb. O, hadisə yerində ölüb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.