Kürdəmir rayonunda “Jiquli” piyadanı vurub. 

Unikal.org ONA-ya istinadən xəbər verir ki, hadisə rayonun mərkəzində baş verib.

2009-cu il təvəllüdlü Əmirov Əlmurad Elgün oğlu yolu piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu "VAZ 2107" markalı avtomobil vurub.

Yaralı Kürdəmir Rayon Mərkəzi xəstəxanasına aparılıb. Onun vəziyyəti ağırlaşdığından Bakıya gətirilərək 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.