Səbail rayonunda bədbəxt hadisə baş verib. 

Unikal.org ONA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında olub.

Neftçilər prospektində yerləşən binanın üçüncü mərtəbəsində yaşayan 1939-cu il təvəllüdlü Vladimir Nikolayeviç eyvanından yerə yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.