Cəlilabad rayonunda intihar hadisəsi baş verib. 

Unikal.org “Report”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Alar kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini, 1962-ci il təvəllüdlü Ələddin Azadxan oğlu Əliyev yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib. Meyit müayinə olunaq üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib. 

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.