Mingəçevirdə kökündən qopan iri ağac binanın üzərinə aşıb.

Unikal.org ONA-ya istinadən xəbər verir ki, hadisə az öncə Məhəmməd Füzuli küçəsi, 19/87 ünvanında baş verib. Gözlənilmədən kökündən qopan ağac qarşısında yerləşdiyi binanın üzərinə aşıb. Xoşbəxtlikdən hadisə baş verdiyi zaman heç bir bina sakini xəsarət almayıb. Sadəcə sakinlərə məxsus asılqanlar zərər görüb.

Hazırda şəhərin müvafiq qurumları tərəfindən fəsad aradan qaldırılır.