Ötən gün Kürdəmir rayonunda 11 yaşlı piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, Kürdəmir rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21150” markalı avtomobillə törədildiyi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən rayonun Xırdapay kənd sakini, 1996-cı il təvəllüdlü Ramil Elxan oğlu Heydərov saxlanılıb.

Qeyd edək ki, martın 22-də Kürdəmir rayon sakini, 2008-ci il təvəllüdlü Əmirov Elmurad Elgün oğlunu yolu qarşı tərəfə keçmək istəyərkən avtomobil vurub və hadisəni törədən sürücü qaçıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Ancaq vəziyyəti ağır olduğundan Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilib.

Faktla bağlı araşdırma aparılır.