Ağcabədi rayonu ərazisində bir neçə evdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Unikal.org  Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Zamin İbrahimov, Roman Əsədov, Röyal Hüseynov və Əlimərdan İsmayılov saxlanılıb. Araşdırmalarla onların 3 000 manat dəyərində məişət əşyaları oğurladığı müəyyən edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.