Astana şəhərinin adı rəsmi şəkildə dəyişdirilərək Nur-Sultan olub.

Unikal.org  Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Qazaxstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Yeni prezident Kasım-Jomart Tokayev Qazaxstan paytaxtının adının dəyişdirilməsi ilə bağlı Konstitutsiyaya düzəlişi imzalayıb.

Qeyd edək ki, Qazaxıstanın yeni prezidenti Kasım-Jomart Tokayev Astananın adının ilk prezident Nursultan Nazarbayevin şərəfinə Nur-Sultan adlandırılması təklif ilə çıxış etmişdi.