Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis bölməsinin əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, keçmiş məhkum E. Həsənov saxlanılıb.

Unikal.org ONA-ya istinadən xəbər verir ki, o, şəhər ərazisində evlərdən birinin həyətindən əlvan metal oğurlamaqda şübhəli bilinir.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.