Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 8-də Rusiyaya səfər edəcək.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.  

Bundan əvvəl Türkiyənin mədəniyyət və turzim nazirinin müavini Əhməd Haluk Dursun aprelin 8-də Moskvada "Bolşoy Teatr"da Türkiyənin "Troya" operası ilə Rusiya və Türkiyə arasında mədəniyyət və turizm ilinin açılış mərasiminin keçiriləcəyini, mərasimdə iki ölkənin prezidentlərinin iştirakının gözlənildiyini bildirmişdi.