Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, şəhərin Səməd Vurğun küçəsində "Opel" markalı avtomobil yolu keçmək istəyən 2008-ci il təvəllüdlü, Abdulzadə Ədil Rahid oğlunu vurub. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Ölənin şəxsiyyəti dəqiqləşdirilir. Sürücünün sərxoş olduğu bildirilir. Mərhumun meyiti müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.