Bakı şəhərinin Xətai və Nəsimi rayonlarında yanğın hadisələri qeydə alınıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumatına görə, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 55 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxində tavan 2 m² sahədə, 1 ədəd məişət avadanlığı və dam örtüyü 6 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bundan başqa, şəhərin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 3-cü mərtəbəsində 8 ədəd elektrik açarı və ümumi sahəsi 40 m² olan 3 otaqlı mənzilin taxtadan ibarət giriş qapısı qismən yanıb. Mənzil yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.