Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, 1971-ci il təvəllüdlü Muradov Hikmət Məhəmmədəli oğlu şəhərin Atatürk prospektində yolu keçərkən onu maşın vurub.

Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.