"Azərişıq" ASC Nardaran, Bilgəh və Buzovna (Albalıq yashayısh sahəsi) qəsəbələrində elektrik verilişi xətlərində aparılan yenidənqurma işlərini yekunlaşdırır.

ASC-dən Unikal.org-a verilən məlumata görə, bununla əlaqədar bu gün saat 11:00-dan 14:00-a qədər adı çəkilən qəsəbələrin bəzi ərazilərində elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yarana bilər.

Yaranmış  narahatçılığa görə "Azərişıq" ASC istehlakçılardan üzr istəyir.