"Əl-Şabab" terror təşkilatının üzvləri hökümət binalarına hücum ediblər. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə Somalinin paytaxtı Moqadişoda baş verib.

Terror qruplaşması şəhərdə iki avtomobili partladıb. Daha sonra Əmək və Sosial Məsələlər Nazirliyinin binasına hücum edib. Hücum nəticəsində binada olan əmək və sosial məsələlər nazirinin müavini Sakar İbrahim Abdulla güllələnərək qətlə yetirilib. 

Bildirilir ki, hücum nəticəsində çox sayda insan itkisinin olub. Terror təşkilatı hadisələrə görə məsuliyyəti öz üzərinə götürdüyünü bəyan edib.