Paytaxtda mənzildən qadın meyiti tapılıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Qiqeyçuk İvanna İosivnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.