22 mart tarixində ATV-nin idman xəbərləri aparıcısı Vüsal Qurbanovun evinə oğru girib. 

Unikal.org-un xəbərinə görə, bu barədə “ATV Xəbər”də məlumat verilib.

Bildirilir ki,   oğrular Abşeron rayonunun Mehdiabad qəsəbəsində olan mənzildən 30 min manatlıq qızıl və 7 min manat dəyərində pul götürüb.

Abşeron RPİ-nin Mehdiabad polis bölməsindən verilən məlumata görə, artıq hadisə yerindən əl izləri götürülüb. Araşdırma davam edir.