Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayonu ərazisində keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dəmir maneəyə çırpılıb. Nəticədə avtomobilə ciddi ziyan dəyib. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.