Sumqayıt şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org Report-a istinadən verdiyi məlumata görə, hadisə 26-cı məhəllə, Səməd Vurğun küçəsi, "Simurq" şadlıq evinin qarşısında olub.

Həmin ərazidə yolu keçmək istəyən 2008-ci il təvəllüdlü Abdulzadə Həbib Rahid oğlunu maşın vurub. Yaralı xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.

Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.