Göyçayda gənc oğlan epilepsiya xəstəliyindən ölüb.

Unikal.org-un ona-ya istinadən məlumatına görə, rayonun Müskürlü kənd sakini, 1995-ci il təvəllüdlü Rəsulov Taleh İldırım oğlunun bədən temperaturu qəflətən 42 dərəcəyə qalxıb.

Taleh Rəsulov qıcolma vəziyyətində rayon təcili tibbi yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasının qəbul şöbəsinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Xəstəxanadan verilən məlumata görə, T. Rəsulov epilepsiya xəstəliyi ilə əlaqədar Göyçay rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində qeydiyyatda olub, evdə dərmanları mütəmadi qəbul etmədiyi üçün vəziyyəti ağırlaşıb və vəziyyəti ağırlaşdıqdan sonra təcili tibbi yardım stansiyasına müraciət edilib.

Onun epileptik status, 4-cü dərəcəli komaya düşməsi səbəbindən öldüyü  bildirilir.

Faktla bağlı araşdırma aparılır.