Şimali Makedoniyada təşkil olunan UEFA İnkişaf turnirində iştirak edən 2003-2004-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib.

Unikal.org-un məlumatına görə, komandamız Səudiyyə Ərəbistanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib. 

Matç təmsilçimizin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, millimiz ilk görüşdə Gürcüstan futbolçularına 0:2 hesabı ilə uduzub.