ABŞ prezidenti Donald Tramp Xəzərin statusunun müəyyən edilməsi ilə əlaqədar Türkmənistanın Qərbə qaz ixrac etmək imkanından yararlanacağına ümid etdiyini bildirib.

Unikal.org "Neytralnıy Türkmenistan" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə D.Trampın Novruz bayramı münasibətilə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədova ünvanladığı təbrik məktubunda deyilir.

Təbrikdə qeyd olunur: "Ümid edirəm ki, Türkmənistan bir müddət əvvəl Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi ilə əlaqədar öz qazını Qərbə ixrac etmək üçün yeni imkanlardan istifadə edə biləcək".

Fevralın 20-də məlum olub ki, Avropa İttifaqı Türkmənistana Avropaya qazı Azərbaycan vasitəsi ilə tədarük etməyi təklif edib. Aİ-nin Büdcə və İnsan Resursları Komissiyasının üzvü Günter Ettinger Azərbaycanın mavi yanacaq tranziti üçün infrastruktura malik oldğunu diqqətə çatdırıb.