Sumqayıt şəhərində evində köməksiz vəziyətdə qalan şəxs xilas edilib. 

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, qurumun "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasediciləri qapının açılmasını təmin ediblər. Əməliyyat başa çatıb.