Bakıda polis oğru şəbəkəsinin üstünü açıb. 

DİN-dən Unikal.org-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş R.Dadaşzadənin ətrafında Yasamal RPİ 27-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Quba rayon sakini A.Həsənovla birgə rayon ərazisindəki mağazaların birindən 850 manat pul oğurlaması da müəyyən edilib.
Görülmüş tədbirlərlə A.Həsənov da saxlanılıb.