Ağcabədi rayonunda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Unikal.org report-a istinadən məlumata görə, rayonun Hindarx qəsəbəsi ərazisində "VAZ-2106" və "Lada Priora" markalı avtomobil toqquşub.  Nəticədə "VAZ-2106" markalı avtomobilin sərnişini, Ağcabədinin Hacibədəli kənd sakini Sultan Zeynalov hadisə yerində ölüb.

Qəza zamanı hər iki avtomobilin sürücüləri və iki sərnişin xəsarət alıb. Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.