İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, rayonun Gövhərli kənd sakini, 1956-cı il təvəllüdlü Zamanov Mustafa Əlihümbət oğlu bıçaqlanıb.

Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini qənaətbəxş kimi qiymətləndirirlər.

Hadisəni törədən şəxsin kimliyi məlum deyil. 

Faktla bağlı cinayət işi başlanılıb.