Biləsuvar rayonunda birmərtəbli 4 otağlı yaşayış evində yanğın olub.

Unikal.org "Report"a istinadən xəbər verir ki, yanğın hadisəsi şəhərin A.Qasımov küçəsində 1955-ci il təvəllüdlü Bayramova Rahilə Xanəhməd qızına məxsus evdə qeydə alınıb. Hadisə yerinə Biləsuvar YMH-nin 2 avtomobili cəlb edilib və yanğın söndürülüb.

Yanğın nəticəsində evin bir otağında 3 kvadrat metr sahədə döşəmə yanıb.

Faktla bağlı araşdırma aparılır.