Gəncədə yük avtomobili ilə minik maşını toqquşub, xəsarət alanlar var.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Gəncə-Göygöl yolunun Gəncə şəhər, Gülüstan qəsəbəsindən keçən hissəsində qeydə alınıb. 

"VAZ-2107" markalı avtomobillə "Ford Tranzit" markalı yük avtomobilin toqquşması nəticəsində ilkin məlumatlara görə, 3 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.