Cəlilabad rayonunda yol qəzası baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, nəticədə 1968-ci il təvəllüdlü rayon sakini Şirəliyev Tofiq Ağalar oğlu xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.