Türkiyə yığması Avro-2020-nin təsnifat mərhələsi çərçivəsində Moldova komandasına qalib gəlib.

Unikal.org xəbər verir ki, H qrupunda yer alan komandaların görüşü meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.Türkiyənin heyətində Həsən Əli Kaldırım (24-cü dəqiqə), Cenk Tosun (26,53) və Kaan Ayxan fərqlənib (70).

Qeyd edək ki, bu Türkiyə yığmasının təsnifat mərhələsində keçirdiyi ikinci görüşdə ikinci qələbəsi olub, Moldova hər iki oyunu məğlub olub.