Bakıda bıçaqlanma hadisəsi qeydə alınıb.

Unikal.org-un məlumatına görə, hadisə Qaradağ rayonunda baş verib.

Lökbatan qəsəbəsində 1993-cü il təvəllüdlü Əliyev Teyyub Söhrab oğlu tanımadığı şəxslə mübahisə edib. Mübahisə zəminində onun kürəyinə iki bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.