Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində başlayan yanğınla əlaqədar sözügedən istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı.

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev Unikal.org-a bildirib ki, Q.Qarayev prospektindəki ticarət mərkəzində baş verən yanğınla əlaqədar yolda hərəkət məhdudlaşdırılıb. Bu səbəbdən prospektin həmin hissəsindən keçən müntəzəm marşrut xətləri üzrə avtobuslar Çobanzadə küçəsindən keçməklə hərəkət edir.