Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində başlayan yanğınla əlaqədar sözügedən istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı.

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev Unikal.org-a bildirib ki, hazırsa Dakar dairəsində hərəkət normaldı. Müntəzəm marşrut xətti üzrə avtobuslar və digər nəqliyyat vasitələri rahatlıqa dairəyə daxil olaraq hərəkətlərini davam etdirirlər. Həmçinin Q.Qarayev prospekti B.Nuriyev küçəsi kəsişməsinədək yolda da hərəkət normaldır.
Qeyd edək ki, Dakar dairəsindən metronun Q.Qarayev istiqamətində avtobuslar marş xətti üzrə fəaliyyət göstərirlər.