25 İyun 2019
24 İyun 2019
Qırız kəndinə 20 santimetr qar yağdı
Qırız kəndinə 20 santimetr qar yağdı CƏMİYYƏT 12:03 2019-03-26

Quba rayonunun Qırız kəndinə yağan qarın hündürlüyü 20 santimetrə çatıb.

Unikal.org xəbər verir ki, Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, qar Quba ilə yanaşı, Qusar və Xızı rayonlarının dağ kəndlərinə də yağıb.

Martın 25-dən yağmağa başlayan qarın hündürlüyü Qubanın Xınalıq kəndində 9, Təngəaltında 4, Xızının Altıağac kəndində isə 6 santimetr təşkil edir.

Qar yağması ilə əlaqədar temperatur mənfi 8 dərəcəyədək aşağı düşüb. Ən aşağı temperatur Qırız kəndində qeydə alınıb.