Fövqəladə Hallar Nazirliyi Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində başlayan yanğınla bağlı növbəti açıqlama yayıb. 

FHN-dən Unikal.org-a verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının ətraf ərazilərə yayılmasının və açıq alovun qarşısı alınıb. Hazırda kəşfiyyat, soyutma, gizli yanğın və tüstülənmə mənbələrinin aşkar olunması üçün söküntü işləri aparılır.

Əlavə məlumat veriləcək.